Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dünyanın ən iri 50 neft şirkətlərindən biridir. Şirkətin 2013-cü ildə EBITDA üzrə gəliri 3,5 milyard ABŞ dolları təşkil edib və xalis gəliri isə 1,2 milyard ABŞ dollardan artıq olub. Şirkətin 31 dekabr 2013-cü il tarixinə Ernst and Young Holding (CIS) B.V şirkəti tərəfindən audit olunmuş və bəyan edilən maliyyə hesabatlarını ilə burada tanış ola bilərsiniz.

Şirkət Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanına əsasən Azərbaycan qanunvericiliyinə müvafiq olaraq yaradılıb və əsas fəaliyyəti Azərbaycandadır. SOCAR-ın əsas fəaliyyətləri neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neftin və neft-kimya məhsullarının, eləcə də qaz və qazın satışından ibarətdir.

SOCAR şirkəti 100 faiz olmaqla, Azərbaycan Respublikası dövlətinə məxsusdur. SOCAR birgə müəssisələrin (Gürcüstan və Türkiyədəki birgə müəssisələr də daxil olmaqla), konsorsiumların, əməliyyat şirkətlərinin yaradılmasında iştirak edir. SOCAR-ın nümayəndəlikləri və törəmə şirkətləri Gürcüstan, Türkiyə, Rumıniya, Avstriya, İsveçrə, Qazaxıstan, Böyük Britaniya, Almaniya, Rusiya, Belçika, ABŞ və Ukraynada və dünyanın digər ölkələrində yerləşir.  SOCAR-ın dünyanın müxtəlif yerlərində yerləşən şirkətlərlə geniş əhatəli fəaliyyət sahələri üzrə böyük əməkdaşlıq əlaqələri mövcuddur. BP, Exxon, Statoil, Total, Chevron, Itochu and Lukoyl kimi şirkətlər Xəzər dənizindəki ehtiyatların kəşfiyyatına cəlb olunub. SOCAR şirkəti TransAnadolu Təbii Qaz Boru Kəməri (TANAP) da daxil olmaqla, bir sıra regional və beynəlxalq enerji layihələrində əhəmiyyətli mövqeyə malikdir.

Dünyanın Fitch Ratings və Standard and Poors kimi aparıcı reytinq agentlikləri müvafiq olaraq, SOCAR şirkətinin BBB (investisiya səviyyəli) və BB+ reytinqlərini təsdiq ediblər.

SOCAR-ın missiyası Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Ölkənin qaz ehtiyatları 3-6 (2.55 təsdiqlənmiş və 6 ümumi) trilyon kubmetrdir. Şirkət malik olduğu biznes təcrübəsi və həyata keçirdiyi uğurlu layihələri ilə Azərbaycanın elmi, texniki, iqtisadi və intellektual potensialına öz töhfəsini verməkdədir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti davamlılıq, sosial məsuliyyət və şirkət etikası prinsiplərinin bütün dünyada təşəkkül tapmasına çalışır. Biznes Etikası müddəalarının tam mətni ilə burada tanış ola bilərsiniz.

Any questions?

Please contact us with any question or comments on this site.

Contact us