MHŞT (EİTİ) haqqında

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunmuş qlobal standartdır. MHŞT şirkətlər, hökumətlər, investorlar və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən və təbii ehtiyatlardan istifadə zamanı əldə edilən gəlirlərin şəffaflığı və yoxlanması istiqamətində fəaliyyət göstərən könüllü təşəbbüsdür.

Etibarlılığın təşviq olunması, idarəçiliyin gücləndirilməsi və maraqların toqquşması riskini azaltmaq üçün, MHŞT – ni icra edən ölkələr vergi ödənişləri, lisenziyalar, müqavilələr, istehsal və ehtiyatların hasilatına dair digər əsas elementlər haqqında informasiyaları açıqlayırlar. Hal – hazırda, açıqlanan təbii ehtiyatlardan dövlət gəlirləri 1.3 trilyon ABŞ dolları məbləğində olmaqla, 48 ölkə MHŞT – ni icra edir. MHŞT haqqında əsas məlumatları buradan əldə etmək olar.

23-24 may 2013-cü ildə Sidneydə keçirilmiş MHŞT üzrə 6-cı Qlobal Konfransda MHŞT üzrə yeni Standart qəbul edilib. Standartın tam mətni ilə burada tanış ola bilərsiniz. Bu standart daha əvvəlki illərdə qəbul edilmiş standartları əvəz etməklə, MHŞT-nin yerinə yetirilməsi prosesində əsas tənzimləyici sənədə çevrilib. Standarta daxil edilmiş bəndlər MHŞT hesabatlılığının keyfiyyətinin yüksəldilməsinə, şirkətlər tərəfindən fərdi hesabatların açıqlanmasına nail olmağa kömək edir.

Azərbaycan hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilmiş beynəlxalq səyləri dəstəkləmək məqsədilə, Azərbaycan EITI – ə 2003-cü ildə, mədən hasilatı sənayesində şəffaflıq üzrə beynəlxalq səylərə dəstək göstərmək üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən qoşulmuşdur. Azərbaycan Respublikası aşağıda göstərilən 3 əsas hesabat mexanizmini könüllü olaraq yerinə yetirən ilk pilot ölkədir:

  • hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərdən hökumətin əldə etdiyi ödənişlərin hesabatı;
  • hasilat sənayesində fəaliyyət göstərən xarici şirkətlərin fəaliyyət göstərdiyi ölkədə hökumətə təqdim etdiyi ödənişlərin hesabatı;
  • hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin öz hökumətlərinə təqdim etdikləri ödənişlərin hesabatı.

Prezident cənab İlham Əliyev həmçinin  EITI öhdəliklərini icra etmək üçün müəssisələr arası komitənin yaradılması təşəbbüsü ilə çıxış etdi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 noyabr 2003-cü il tarixli sərəncamı ilə EITI üzrə Milli Komitə yaradıldı.

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) İcraçı Direktoru Milli Komitəyə sədrlik edir və həmçinin Dövlət Neft Fondunun sahiblik etdiyi Azərbaycan üzrə EITI Katibliyinin fəaliyyətinə nəzarət edilməsinə görə də məsuliyyət daşıyır.

MHŞT Katibliyi MHŞT-nin Azərbaycandakı gündəlik fəaliyyətinə cavabdehlik daşıyır. Bundan əlavə, Katiblik MHŞT-nin Azərbaycanda yerinə yetirilməsi məqsədilə ölkənin mədən sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərlə, hökumət təşkilatları, eləcə də, qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr yaradaraq, onlarla yaxından əməkdaşlıq edir.

Çoxtərəfli qrupun (ÇQ) yaradılması MHŞT Standartının tələblərindən biridir. Bunu nəzərə alaraq Azərbaycanda MHŞT üzrə Qarşılıqlı Anlaşma Memorandum çərçivəsində daimi formada tətbiq olunan MHŞT prosesini daha da təkmilləşdirmək, prosesin inkişafı üzərində daha güclü və səmərəli çoxtərəfli nəzarəti və idarəetməni təmin etmək niyyəti ilə Memorandumun tərəflərinin hər birindən (MHŞT üzrə Komissiya, xarici və yerli şirkətlər, QHT Koalisiyası) eyni hüquqa malik olan 3 əsas və 3-dək əvəzedici üzvdən ibarət olan ÇQ yaradılıb. Dövlət nümayəndələrindən qrupda Vergilər Nazirliyinin, Ekologiya Nazirliyinin, Energetika Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Fondunun əməkdaşları təmsil olunurlar. Şirkətlər qrupundan isə Çoxtərəfli Qrupda SOCAR, BP və Statoil şirkətlərinin nümayəndələri var. Bu şirkətlərdən biri təmsil olunmadığı təqdirdə, ya Chevron, ya da Neftchala OC şirkətinin nümayəndəsi həmin qrupda iştirak edir. Vətəndaş cəmiyyəti qruplarından, Qubad İbadoğlu, Azər Mehdiyev və Elçin Abdullayev və digərləri ilə məhdudlaşmayan təmsilçilər də QHT nümayəndələri kimi qrupda təmsil olunurlar.

Memoranduma uyğun olaraq, Çoxtərəfli Qrupun iclasları ildə azı dörd dəfə MHŞT-nin tətbiqi üzrə İş planı əsasında keçirilir. MHŞT üzrə Komissiyanın sədri Azərbaycan dövləti adından Çoxtərəfli Qrupa üzv olur və onun iclaslarına sədrlik edir.

Çoxtərəfli Qrupun funksiyaları aşağıdakılardır:

  • MHŞT üzrə illik İş Planını hazırlamaq və təsdiq etmək;
  • MHŞT-nin hesabat layihələrini hazırlamaq və təsdiq etmək;
  • Hökumət və Şirkətlər Qrupu üzvü olan yerli və xarici şirkətlər (Şirkətlər Qrupu Üzvləri) üçün hesabat formalarını təsdiq etmək, lazım gəldikdə bu formalara müvafiq əlavə və dəyişikliklər;
  • Hökumət və Şirkətlər Qrupu Üzvlərinin hesabatlarının tutuşdurulmasını həyata keçirəcək Müstəqil audit şirkətinin seçilmə qaydası və fəaliyyət dairəsini müəyyən etmək;
  • MHŞT-nin inkişafı və təkmilləşdirilməsi barədə təkliflərlə çıxış etmək, tərəflərə, beynəlxalq təsisatlara müraciətlər etmək və tövsiyələr hazırlamaq;

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) MHŞT-yə yaradıldığı vaxtdan onun üzvüdür. ARDNŞ hər zaman bu şəffaflıq təşəbbüsünü dəstəkləyib və bu təşəbbüsə qoşulan ilk şirkətlərdən biri olub. MHŞT-nin iclaslarında davamlı rolu olmaqla yanaşı, SOCAR həm də MHTŞ-nin Azərbaycanda daha yaxşı tətbiq olunması üçün daim öz köməkliyini göstərib.

Azərbaycan müntəzəm olaraq MHTŞ hesabatlarını dərc edir və bu hesabatlar neft, qaz və mədən sənayesi hasilatından əldə edilən gəlirləri özündə əks etdirir. MHTŞ hesabatları özündə beynəlxalq audit hesabatlarını tətbiq edən müstəqil auditor tərəfindən aparılan ödənişlər və gəlirlər üzrə yoxlamaların nəticələrini əks etdirir. 15 mart 2005-ci ildə MHŞT üzrə Komissiya müstəqil auditor olan Deloitte and Touche şirkətinin yoxladığı ilk hökumət hesabatlarını açıqlayıb, bu sənəd dünyada nəşr olunan bu tipli ilk hesabatdır. 2003-cü ildən etibarən, Azərbaycan 17 MHŞT hesabatını tərtib edib və ictimaiyyətə açıqlayıb. Ölkənin Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü MHŞT Standartı üzrə ilk hesabatını işləyib hazırlamaqdadır.

Azərbaycan yüksək səviyyəli müxtəlif görüşlər, konfranslar və digər tədbirlərdə iştirak etməklə, habelə təbii sərvətlərlə zəngin olan digər ölkələrlə təcrübə mübadiləsi yolu ilə dünya üzrə MHŞT prosesinin idarə edilməsində fəal iştirak edir. 2005-ci ildə bu məqsədlə, MHŞT-nin gələcəyi ilə bağlı təkliflərin müəyyənləşdirilməsi və təkmilləşdirilməsi üçün MHŞT üzrə Beynəlxalq Katibliyin işinə bələdçilik edilməsi məqsədi ilə MHŞT üzrə Beynəlxalq Məsləhətçi Qrup (İAG) yaradılıb. Dövlət Neft Fondunun İcraçı direktoru, Azərbaycanın MHŞT üzrə Hökumət Komissiyasının sədri BMQ-nin üzvü seçilib. Bundan sonra, Azərbaycan 2006, 2009, 2011 və 2013-cü illərdə MHŞT-nin İdarə Heyətinin tərkibinə yenidən üzv seçilib.

2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu MHŞT-nin uğurlu tətbiqinə görə “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) “Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmişdir. Dövlət Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında dövlət idarəçiliyi sahəsində ən nüfuzlu mükafat sayılan “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülən ilk dövlət qurumudur.

Azərbaycan MHŞT prinsiplərinin tətbiqində əldə etdiyi uğurlara, habelə, MHŞT sahəsində nail olduğu müvəffəqiyyətlərə görə “MHŞT-2009” mükafatına layiq görülüb.

Azərbaycanın MHTŞ-nin tətbiqi ilə bağlı keçdiyi uğurlu yolun tarixinə buradan nəzər sala bilərsiniz. Növbəti MHŞT qiymətləndirməsi üçün son müddət 2015-ci il nəzərdə tutulub.

Any questions?

Please contact us with any question or comments on this site.

Contact us