Anonim Azərbaycan-ın İzahı

Global Witness təşkilatının “Anonim Azərbaycan” adlı qərəzli və qeyri-düzgün olmayan, yanlışlarla dolu hesabatı bizi təəccübləndirdi və məyusluğa uğratdı.

Hesab edirik ki, “Şəffaflıq məsələlərinə dair ictimai maraqlara uyğun fəaliyyət göstərən tanınmış beynəlxalq QHT” olduğunu iddia edən bir təşkilat, SOCAR  – i yanlışlıqla tənqid edən hesabat hazırlamışdır. Bu hesabat sənədlərin çox seçmə şərhinə və yanlış fəaliyyət təəssüratı yaradan səthi sualların diqqətlə seçilməsinə əsaslanır.

Satınalma və hasilatın pay bölgüsü sazişlərini tənzimləyən Azərbaycan qanunvericiliyi ictimaiyyət üçün açıqdır. Lakin, Global Witness bu materialı görməməzlikdən gəlir və təkrarən SOCAR – ın iş fəaliyyətinə dair neqativ təəssürat yaratmaq məqsədi ilə açıq tender məsələsini qaldırır.

Aşağıdakı bölmə Global Witness tərəfindən qaldırılan “məsələləri” əhatə edir və əsasən onların çaşdırıcı hesabatında qeyd edilən bölmələrə uyğundur. SOCAR  Global Witness – in hesabatında edilən əsassız spekulyasiyaya qarşı müdafiədən daha çox əsl şəffaf formada hərəkət edir. Bunu yadda saxlamaqla, biz aşağıda verilən bütün izahatları açıq elan etmişik və şərhlər və əlavə suallarla bağlı bizimlə birbaşa əlaqə yaratmaq üçün kanal yaratmışıq.

Ümid edirik ki, bu informasiyaları oxuduqdan sonra, hər hansı müstəqil müşahidəçi SOCAR – ın işgüzar etikasına dair öz qənaətini və bu cür qərəzli hesabat dərc edən Global Witness – in arxasında hansı mümkün motivasiyanın olduğuna dair öz fikrini formalaşdıracaq.

“SOCAR International” DMCC şirkəti

Aşağıda qeyd edilənlərin məqsədi " SOCAR International DMCC" şirkətinin yaranma tarixini və məqsədini oxuculara çatdırmaqdan ibarətdir. 2011-ci ildə SOCAR Şirkətlər Qrupu Birləşmiş Ərəb Əmirliklərində SOCAR-ın brend şirkəti olan SOCAR International DMCC birgə müəssisəsini yaratdı. İlkin missiya strateji hesab edilən Yaxın Şərq regionunda ticarət biznesini inkişaf etdirməkdən ibarət idi. SOCAR Trading birgə müəssisəsinin uğurlarından sonra, eyni biznes prinsipləri də Yaxın Şərqdəki bu birgə müəssisə üçün tətbiq edildi. SOCAR yenə də səhmlərə nəzarətin 50%-ni özündə saxladı, yerdə qalan digər 50% isə özünün Petroline DMCC şirkəti vasitəsilə Anar Əlizadənin tabeliyinə keçdi. Anar Əlizadə Birləşmiş Ərəb Əmirliklərində 7 ildən artıq biznes təcrübəsi olduğu üçün, eləcə də, SOCAR-la SOCAR Trading şirkətində birgə əməkdaşlıq zamanı müsbət və uğurlu əlaqələr qura bildiyinə görə, həmçinin Azərbaycanlı iş adamlarına biznesdə üstünlük verilməsi ilə əlaqədar dövlət proqramını əldə rəhbər tutaraq, yeni birgə müəssisənin tərəfdaşı seçildi. SOCAR International DMCC Birləşmiş Ərəb Əmirliyində, Dubayda 2011-ci ilin iyun ayında qeydiyyatdan keçdi.

read more

“SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti

Aşağıda qeyd edilənlərin məqsədi SOCAR Petroleum QSC şirkətinin yaradılmasına və onun A.P. International şirkəti ilə əlaqəsinə aydınlıq gətirməkdir. SOCAR Petroleum CJSC 2008-ci ildə SOCAR və A.P.International arasında olan sazişə əsasən birgə müəssisə kimi yaradılıb. SOCAR Petroleum şirkətinin yaradılma məqsədi Azərbaycanda neft məhsullarının alqı-satqısının yanacaqdoldurma stansiyaları vasitəsilə idarə edilməsindən ibarət idi. SOCAR Petroleum CJSC birgə müəssisəsinin səhmdarları qismində səhmlərin 51%-nə nəzarət edən SOCAR və 49% səhm payına sahib olan A.P. International çıxış edirdi.

read more

Birgə müəssisələr, tenderlər və müsabiqələr

SOCAR Şirkətlər Qrupu-un dünyanın müxtəlif yerlərində müxtəlif fəaliyyət sahələri üzrə çalışan şirkətlərlə bərabər yaradılan birgə müəssisələri mövcuddur. Bunu SOCAR şirkətinin BP, Lukoil, Foster Wheeler, Maersk, Saipem və Rosneft kimi şirkətlərlə yaratdığı işbirliyi nümunələrində də əyani olaraq görmək mümkündür. Beynəlxalq təcrübəsi olan şirkətlər üçün xarakterik olan hal kimi, SOCAR-ın da dünyanın 6 ölkəsində kiçik səhmdarlarla təmsil olunan törəmə şirkətləri fəaliyyət göstərir.

read more

Neft Ticarəti Müqavilələri və Sumato Energy Group şirkəti

Dövlət şirkəti olaraq SOCAR əks tərəfdaşları ilə münasibətdə uyğunluqlar və araşdırmalar (compliance and due diligence) və zəruri ehtiyatlılıq prosedurlarına çox diqqət yetirir. Neft sənayesi Azərbaycan üzrə strateji sahə olduğundan və geosiyasi gerçəklikləri və Ermənistanla həll olunmamış münaqişənin olmasını nəzərə alaraq, biz həmişə uyğunluq prosedurlarına çox diqqət yetiririk.

read more

Socar Trading SA

Bu bölmədə yerləşdirilən informasiyanın əsas məqsədi SOCAR Trading SA şirkətinin tarixi və yaranma məqsədi barədə oxuculara geniş məlumat verməkdir. 1992-ci ildə müstəqil Azərbaycan Respublikasının bərpasından sonra, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR ) yaradıldı. 2007-ci ilə qədər, Azərbaycan xam nefti beynəlxalq treydinq və təchizat şirkətləri vasitəsi ilə bazara çıxarılırdı. Bu təcrübə davam etdikcə, Azərbaycan nefti Brent xam nefti adı altında ucuz və endirimli qiymətə satılırdı və çox az mənfəət əldə olunurdu. ARDNŞ Azərbaycan neftinin bazara çıxarılması üzərində nəzarəti ələ almağa və bu xam neft həcmlərini birbaşa son istifadəçilərə çatdırmaq qərarına gəldi. Bunu reallaşdırmaqla, SOCAR Azərbaycan xam neftinin ixrac qiymətinin artırılmasına və əlavə gəlirlərin əldə olunmasına nail ola bildi.

read more

UGE-Lancer PTE şirkəti

Aşağıda verilənlərin məqsədi UGE-Lancer şirkəti ilə SOCAR arasındakı əlaqəni açıqlamaqdır. UGE-Lancer şirkəti ilə 2010 – cu ildə Balaxanı neft yatağı üzrə müqavilə bağlanmışdır. Azərbaycanın böyük üstünlükləri olan dəniz sərvətləri ilə müqayisədə Balaxanı quruda olan və Sovet dövründən qalan köhnəlmiş və dağılmış infrastruktura və hər hansı potensial iddiaçının təmin etməli olacağı əsaslı sosial proqramlara malik olan neft yatağıdır. Nəticədə, bu cür quruda neft yataqları ümumiyyətlə, çox problematik və xarici investorlar üçün cəlbedici olmayan hesab edilir. Bu kontekstdə, SOCAR həm məqsədəuyğun həm də kommersiya baxımından cəlbedici olduğu üçün UGE Lancer şirkətinin təklifini təsdiq etdi. Yatağın işlənməsindən bir neçə il keçdikdən sonra, bu da müqavilə hər iki tərəf üçün kommersiya baxımından cəlbedici müqaviləyə çevrildi. SOCAR - UGE Lancer şirkəti arasındakı danışıqlar prosesi haqqında bütün müvafiq məlumatlar qeydə alınmış və SOCAR - ın investisiyalar departamenti tərəfindən arxivləşdirilmişdir.

read more

Anar Əlizadə

Anar Əlizadə Azərbaycanın tanınmış və böyük uğurlara imza atmış iş adamıdır. 2000 – ci ildən bəri Anar Əlizadə həm Azərbaycanda həm də beynəlxalq səviyyədə nəqliyyat, mənzil-tikinti, neft və qaz avadanlıqlarının treydinqi və elektronika kimi müxtəlif fəaliyyət sahələri ilə uğurla məşğul olmuşdur. Onun şirkətləri dünyada tanınır və və əsas ana şirkəti olan Union Grand Energy PTE Ltd şirkəti, Azərbaycanda nümayəndəliyə malik olmaqla, biznesin həyata keçirilməsi üçün dünyanın ən açıq və şəffaf yerlərindən biri olan Sinqapurda qeydiyyatdan keçmişdir. Anar Əlizadə bütün fəaliyyətini Azərbaycan qanunvericiliyinə, eləcə də beynəlxalq hüquqi standartların tələblərinə uyğun olaraq həyata keçirir. O, Azərbaycandan kənarda əldə edilən gəlirlərini tam şəkildə açıqlayır və bütün dünyadakı gəlirlərinə tətbiq olunan gəlir vergisini Azərbaycanda ödəyir.

read more