Birgə müəssisələr, tenderlər və müsabiqələr

SOCAR Şirkətlər Qrupu-un dünyanın müxtəlif yerlərində müxtəlif fəaliyyət sahələri üzrə çalışan şirkətlərlə bərabər yaradılan birgə müəssisələri mövcuddur. Bunu SOCAR şirkətinin BP, Lukoil, Foster Wheeler, Maersk, Saipem və Rosneft kimi şirkətlərlə yaratdığı işbirliyi nümunələrində də əyani olaraq görmək mümkündür. Beynəlxalq təcrübəsi olan şirkətlər üçün xarakterik olan hal kimi, SOCAR-ın da dünyanın 6 ölkəsində kiçik səhmdarlarla təmsil olunan törəmə şirkətləri fəaliyyət göstərir.

SOCAR tərəfindən birgə müəssisələrin yaradılması üçün tərəfdaşların seçilməsi prosesi isə rəqib və ya müttəfiq şirkətlərin uğurlu biznes yaratmaq istədikləri zaman əsas götürdükləri prinsiplərə uyğun aparılır:

  • Biznes məqsədlərinin üst-üstə düşməsi
  • Biznes hədəflərinin uyğunluğu
  • Münasib bilik və bacarıqların olması
  • Qarşılıqlı mənfəət gətirən maliyyə şərtləri üzrə razılaşmanın əldə olunması
  • İdarəçilik qabiliyyəti və imkanları
  • Çevik qərar qəbul etmə və icra bacarığı
  • SOCAR-la birgə ticarət əməliyyatlarında iştirak

Bu biznes prinsiplərinin  icrası üçün,  risklərin bölüşdürülməsi və birgə müəssisə üzrə müvafiq hüquqi baza və struktura dair razılığa gəlmək zəruridir. Nəhayət, neftin Azərbaycanda strateji sərvət olduğunu nəzərə alaraq, SOCAR   zəruri qaydada, öz birgə müəssisələrinə nəzarət etmək və  dövlət üçün uzun – müddətli  dəyər yaratmaq qabiliyyətinə böyük əhəmiyyət verir. SOCAR Trading şirkətinin yaradılması yaxşı bir nümunədir – birgə müəssisə tərəfdaşları qismən seçilmişdir, çünki onlar SOCAR – a həm səslərə nəzarət imkanı həm də SOCAR üçün bu şirkət uzun – müddətli mənfəət gətirən şirkətə çevrildikdə, aktivləri geri almaq imkanını verməyə razılaşırdılar.

SOCAR   Birgə müəssisə yaradılması prosesinin tərkib hissəsi olaraq hərtərəfli  qiymətləndirmə aparır. SOCAR – ın rəhbərliyi əməkdaşlıq və birgə müəssisənin  yaradılması üzrə müraciətlərə dair İnvestisiyalar şöbəsi, İqtisadi və uçot şöbəsi və Hüquq şöbəsi kimi müvafiq bölmələrin ekspert rəylərini əldə edir. Potensial birgə əməkdaşlığı siyasi iqtisadi və hüquqi aspektlərinə dair daha ətraflı təhlil xüsusi sərəncamla yaradılan ixtisaslaşmış komissiya tərəfindən həyata keçirilir. Əgər qane edərsə, SOCAR  potensial tərəfdaşlarla hüquqi cəhətdən məcburi olmayan anlaşma memorandumu imzalayır.  SOCAR – ın İdarə heyətinin və SOCAR – ın Nizamnaməsinin 5.9 – cu maddəsinə əsasən ali kollegial orqanın təsdiqini təmin etmək üçün, Əməkdaşlığın ümumi prinsipləri, birgə strategiya və bu birgə fəaliyyət nəticəsində yaranan hüquqi məsələlər SOCAR  ilə həmin potensial əks tərəfdaşla razılaşdırılmalıdır.

Azərbaycan qanunvericiliyinə və SOCAR – ın daxili satınalma prosedurlarına əsasən, xüsusi investorlarla və ya korporasiyalarla  birgə müəssisələr və ya əməkdaşlıq qurulması üzrə kütləvi təklif və ya tender  tələbi yoxdur. Biz Prezidentin 844 saylı 24 yanvar 2003 – cü il tarixli fərmanı ilə təsdiq edilmiş SOCAR – ın Nizamnaməsinin 2.3 – cü maddəsinə istinad edirik, burada açıq şəkildə qeyd edilmişdir ki, üçüncü tərəflərlə – birgə müəssisə yaratmaqla və ya yaratmamaqla birgə fəaliyyət məsələsi SOCAR – ın səlahiyyətinə daxildir.

Azərbaycan qanunvericiliyi və müvafiq beynəlxalq təcrübə ilə, kütləvi təkliflər vasitəsi ilə birgə müəssisənin yaradılması tələb olunmur. Azərbaycan qanunvericiliyinə əsasən,  yalnız malların və xidmətlərin satınalınmasına tenderin keçirilməsi (rəqabət qabiliyyətli seçim) üzrə tələblər şamil olunur ki, bu da hal-hazırda Azərbaycan Respublikasının 27 dekabr 2001 – ci il tarixli Dövlət Satınalmaları haqqında Qanunu ilə müəyyən edilmişdir. Bu qanunvericilik aktı Azərbaycan Respublikası Prezidentinin 524 saylı, 19 dekabr 1996-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satınalınması haqqında” və onun sonrakı 1997-ci il variantı olan ilk qanunvericilik aktının təqdim edilməsindən bəri Satınalmalar üzrə Dövlət Agentliyinin əldə edilmiş təcrübəni öyrənməsindən sonra hazırlandı. Satınalmalar üzrə Dövlət Agentliyi mövcud qanunun layihəsinin hazırlanması zamanı həmçinin Dünya Bankının tövsiyələrini, dövlət satınalmalarına dair Avropa İttifaqı ölkələrinin mövcud sənədlərini, dövlət satınalmalarına dair Ümumdünya Ticarət Təşkilatının sazişlərinin müddəalarını nəzərə almışdır.

Fərmana əsasən, 50,000 manat və ondan artıq məbləğdə olan bütün dövlət satınalmaları tender yolu ilə aparılmalıdır və malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 50,000 manatdan az olarsa, satınalan təşkilat  hər hansı satınalma metodundan istifadə edir. Əgər gözlənilən tender xərcləri 1 milyon manatdan yuxarı, büdcədən maliyyələşən təşkilatlarda isə 300,000 manatdan və ya hər hansı sərbəst dönərli valyuta ilə oxşar məbləğdən yuxarı  olarsa Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin üzvləri və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının tenderlə əlaqədar nümayəndələri Tender komissiyasına daxil edilməlidir.

Tenderin keçirilməsinə dair və ya dövlət müəssisələri tərəfindən üçüncü tərəflərlə birgə müəssislərin yaradılmasına dair qeyd edilən qanunda müəyyən təcrübə yoxdur. Bununla yanaşı, SOCAR –ın Prezidentinin 31 iyul 2009 – cu il tarixli sərəncamı ilə təsdiq edilmiş Satınalmalara dair SOCAR – ın qaydalarının məcmuəsinə əsasən, açıq tenderlər  yalnız malların və xidmətlərin satınalınması zamanı həyata keçirilir. Bunun nümunəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR ) tender komissiyasıdır, burada Layihə idarəçiliyi və üçüncü tərəfin təftiş xidmətlərinin göstərilməsinə dair açıq tenderin müddəti (Azərbaycan Respublikasının Sumqayıt şəhərində tikiləcək yeni Ammonium Karbamid Kompleksi üçün) 30 may 2014 – cü ilə qədər uzadılmışdır. Bu müddətinin uzadılması daha rəqabət qabiliyyətli tender təklifləri vermək üçün əsas potensial iddiaçıları tərəfindən əlavə vaxtın tələb olunmasına dair verilən müraciətlərin nəticəsi idi.

Buna görə də, dövlət satınalmalarına dair tenderlər və üçüncü tərəflərlə birgə müəssisələrin yaradılması arasında fərqin ayırd edilməsi vacibdir.

Bu səbəblərdən, birgə müəssisənin yaradılması üzrə  gələcək investorlarla aparılan hər hansı danışıqlar SOCAR  tərəfindən yalnız xüsusi danışıqlar vasitəsi ilə aparıla bilər ki, buna da  həm Azərbaycanın yerli qanunvericiliyi ilə, həm də beynəlxalq qanunvericiliklə yol verilir.

SOCAR Trading şirkətinin yaradılması üçün tərəfdaşların / investorlaırn axtarılması zamanı SOCAR – ın prioriteti  yeni treydinq filialında qərar-vermə prosesinə tam nəzarətə malik olmaq idir. Müəyyən hallarda potensial tərəfdaşların qəbul etdiyi məqamlarda SOCAR  tərəfindən təkid olunan digər bir çətin şərt beş il sonra yeni yaradılmış treydinq filialında bütün səhmlərin mümkün geri alışından SOCAR -nin faydalanmasına imkan verən tələb idi. Xüsusi müqavilənin şərtlərinə və müddəalarına əsasən, treydinq təşkilatının uğurlu və səmərəli olması zamanı, səhmlərin SOCAR – a satılacaqdı. Bu şərt demək olar ki əsas tərəfdaşların / investorlaırn hamısı üçün qeyri – məqbul idi.

Hasilatın pay bölgüsü (HPB) sazişlərinin imzalanması və bağlanması prosedurları Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin tətbiqi sahəsinə aiddir və bir neçə mərhələdən ibarətdir. Birinci mərhələdə, SOCAR  Azərbaycanın neft yataqlarının kəşfiyyatı və istismarı sahəsində öz maraqlarını ifadə edən xarici və yerli şirkətlərdən daxil olan təkliflərə baxır. Bu təklif SOCAR  ekspertləri tərəfindən baxıldıqdan və qəbul edildikdən sonra və potensial podratçı uyğunluq prosedurlarından keçdikdən sonra, tərəflər  anlaşma memorandumu imzalayır və HPB sazişinin layihəsinin hazırlanmasına dair danışıqlar üzrə fəaliyyətə başlayır. İkinci mərhələdə HPB sazişinin artıq razılaşdırılmış layihəsi  müvafiq nazirliklərlə razılaşdırılır (Vergilər Nazirliyi, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və s). Yuxarıda qeyd edilən orqanlarla razılaşdırma prosedurları sona çatdıqdan sonra, SOCAR  və podratçı HPS sazişini imzalayır. Bu mərhələdə, podratçı həmçinin Dövlət təminatını əldə edir. Üçüncü mərhələ  sonuncu mərhələdir və bu mərhələdə Azərbaycan Milli Məclisi tərəfindən HPS sazişi təsdiq edilir və o, Milli Məclis tərəfindən təsdiq edildikdən sonra birbaşa qüvvəyə minir.

SOCAR –ın tender proseslərinin, birgə müəssisələrinin yaradılması və HPS sazişlərinə dair fəaliyyətinin legitimliyinə dair tanınmış beynəlxalq konsaltinq şirkəti tərəfindən verilən sərbəst peşəkar rəyə istinad etmənizi tövsiyə edirik.