Socar Trading SA

Bu bölmədə yerləşdirilən informasiyanın əsas məqsədi SOCAR Trading SA şirkətinin tarixi və yaranma məqsədi barədə oxuculara geniş məlumat verməkdir.

1992-ci ildə müstəqil Azərbaycan Respublikasının bərpasından sonra, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR )  yaradıldı. 2007-ci ilə qədər, Azərbaycan xam nefti beynəlxalq treydinq və təchizat şirkətləri vasitəsi ilə bazara çıxarılırdı. Bu təcrübə davam etdikcə, Azərbaycan nefti Brent xam nefti adı altında ucuz və endirimli qiymətə satılırdı və çox az mənfəət əldə olunurdu. ARDNŞ Azərbaycan neftinin bazara çıxarılması üzərində nəzarəti ələ almağa və bu xam neft həcmlərini birbaşa son istifadəçilərə çatdırmaq qərarına gəldi. Bunu reallaşdırmaqla, SOCAR Azərbaycan xam neftinin ixrac qiymətinin artırılmasına və əlavə gəlirlərin əldə olunmasına nail ola bildi.

2006-cı ildən, SOCAR birgə müəssisə formatında özünün treydinq strukturunu yaratmaq məqsədi ilə bir sıra treydinq şirkətləri ilə müzakirə apardı. Layihənin başlanğıc xarakterini nəzərə alaraq, SOCAR – ın təcrübəyə və daha yaxşı kommersiya şərtləri ilə maliyyənin əldə edilməsi imkanlına malik olan beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməzi zəruri idi. Lakin, treydinq şirkətləri SOCAR – ın birgə müəssisəyə yekun nəzarəti ələ almasını və əldə edilən mənfəəti bərabər bölüşməsini təmin edən şərtlərlə rzalılaşmadıqları üçün, bu danışıqlar  uğurla nəticələnmədi.

Bu müddət ərzində, Lukoil şirkətində rəhbər vəzifədə çalışan Valeri  SOCAR – a təklif vermək məqsədi ilə Azərbaycanlı sahibkar Anar Əlizadəyə muraciət etdi. Anar Əlizadə və  Golovushkin SOCAR –ın səhmdar strukturu ilə razılaşdı və Supra Holdings Ltd (Malta) (hazırda Socar Trading Holding Limited) ana şirkətinin nəzdində 2007-ci ildə SOCAR Trading SA şirkəti yaradıldı. SOCAR  beynəlxalq məsləhətçilər tərəfindən verilən peşəkar məsləhətlərə əsaslanmaqla, holdinq şirkəti olaraq Malta təşkilatında qeyd edilən strukturla razılaşdı. Yuxarıda qeyd edilən şirkətlərin yaradılmasından əvvəl, vergi və biznes konsaltinqi xidmətlərinin göstərilməsi sahəsində təcrübəli beynəlxalq məsləhətçilər olan KPMG və Loyens & Loeff, layihədə SOCAR  və onun biznes tərəfdaşlarının iştirak edəcəyi holdinq strukturunun yaradılmasına dair məsələlər üzrə işləmək üçün cəlb olundu. Hesab edilirdi ki, gələcək holdinq strukturuna əlverişli investisiya rejimi, təkmil qanunvericiliyi olan və həmçinin vergi perspektivindən investorlara səmərəlilik təmin edən yurisdiksiyalar daxil olmalı idi. Layihənin əvvəlindən, tərəflər “vergi baxımından əlverişli” yurisdiksiyalardan istifadədən imtina etdi və korporativ şəffaflığı təmin edən hüquqi sistemləri olan ölkələri seçdi. Nəhayət, holdinq strukturunun yaradılması üzrə müxtəlif seçimlərə baxdıqdan sonra, kənar müşavirlərin hər biri törəmə şirkəti İsveçrənin Cenevrə şəhərində yerləşməklə, holdinq şirkətinin Maltada yaradılmasının nəzərdə tutulduğu hesabatlar təqdim etdi. Malta holdinq şirkətinin səhmdarlarına Malta imtiyazlar sisteminə Avropa Birliyi ilə olan 1 iyul 2005-ci il Razılaşma sənədinin verdiyi vergi imtiyazlarından faydalana bilmək üçün investisiya platforması olaraq seçildi. İsveçrə isə dünyanın ən mərkəzləşmiş və iri neft satışı bazarlarından biri olduğu üçün seçildi. Bundan əlavə, holdinqin strukturu İsveçrə inzibati orqanları ilə müzakirə edildi və razılaşdırıldı. Bundan əlavə, holdinqin strukturu həm də SOCAR Trading SA üçün müvafiq vergi qətnaməsinin əldə edilməsi üçün ölkənin səlahiyyətli orqanları ilə danışıqlar aparıldı və razılıq əldə edildi.

Boston Consulting Group (BCG) özünün “SOCAR Trading – Treydinq işinin təhlili (May 2014-cü il),” hesabatında təsdiq etmişdir ki, “ən uğurlu energetika sahəsindəki treydinq şirkətləri təcrübəli treyderlərlə yaradılmışdır”.

Səhmdarların imzaladığı təsis müqaviləsinə əsasən, Supra Holdings Ltd-yə (və buna görə də SOCAR Trading SA) sahiblik SOCAR, V. və A.Əlizadə arasında bölüşdürüldü. Dövlət şirkəti olan SOCAR idarəçiliyin 50%-ni, V. özünün Renfel Holdings şirkəti vasitəsilə 25%-ni, A.Əlizadə isə özünün Heritage General Trading FZE şirkəti vasitəsilə 25%-ni əldə etmiş oldu.  və Anar Əlizadənin hər ikisi SOCAR Trading SA şirkətinin idarə heyətinə təyin edildi.  6 il müddətinə Baş icraçı direktor və Direktorlar şurasının sədri təyin edildi və 2013-cü ilin dekabr ayında Baş icraçı direktor vəzifəsindən istefa verdi, bu vəzifəyə  əvvəllər şirkətin vitse-prezidenti vəzifələrini icra edən azərbaycanlı Arzu Əzimov təyin edildi.

SOCAR , Valeri  və Anar Əlizadə arasındakı müqavilə ilə müəyyən edildi ki, beş ildən sonra SOCAR, SOCAR Trading SA şirkətindəki bütün səhmləri geri almaq üçün üstün alış hüquqlarına malik olacaq.

SOCAR, SOCAR Trading SA şirkəti üzrə maliyyələşdirmə üç səhmdar tərəfindən təmin edilməli idi. Lakin, əslində vəsaitin toplanması SOCAR  üçün çətin idi. Qlobal maliyyə böhranı zamanı 2008-ci ildə, banklar, xüsusilə də post-sovet dövlət şirkətinə kredit xətti açmağa tərəddüd edirdi. Nəticədə, maliyyənin çox hissəsi Anar Əlizadə tərəfindən təmin edildi və  SOCAR Trading SA şirkətinin əldə edə bilməyəcəyi  kredit xətlərini əldə etmək üçün öz nüfuz və təcrübəsindən istifadə etdi. Bununla yanaşı,  Cenevrədə yerləşən Lukoil treydinq mərkəzi olan Litasco – nu təsis etdi ki, bu da uğurlu bir layihə oldu və hazırda SOCAR – ın yaratmaq istədiyinə çox oxşar idi. Başlanğıc mərhələdə,  treyderlər SOCAR Trading SA şirkəti ilə işləməyə az maraqlı idilər. Hər iki özəl səhmdar bazar iştirakçıları və banklar arasında inamın yaradılmasına yardım etdi ki, Azərbaycan mənşəli treydinq şirkəti yaxşı gələcəyə malik olsun. Özünün səhm kapitalı ödənişi ilə yanaşı, Anar Əlizadə sonralar SOCAR Trading SA şirkətini öz şirkəti olan Union Grand Energy şirkəti vasitəsi ilə əlavə maliyyə ilə təmin etdi ki (aşağıya baxın), bunun da müqabilində birgə müəssisə öz ödəniş qabiliyyətini artıra bildi.

2010-cu ildə SOCAR Trading SA üçün əlavə maliyyə vəsaiti tələb olunduğu üçün səhmlərə nəzarət payında dəyişiklik baş verdi. SOCAR kifayət qədər maliyyə vəsaiti yatıra bildiyindən özünün SOCAR Trading SA-dakı 50%-lik səhmlər paketinə nəzarət payını qoruyub saxlaya bildi. V. əlavə maliyyə yatırmaq fikrində olmadığı üçün onun səhm payı müvafiq olaraq, 10%-ə enməli oldu. A.Əlizadə bu çatışmayan vəsaiti ödədiyi üçün digər səhmdarın səhmlər payı onun tabeliyinə keçdi, indi A.Əlizadənin səhmlərə nəzarət payı 25% yox, 40% idi. Belə çətin maliyyə dövründə A.Əlizadə SOCAR Trading SA şirkətinə 20 milyon ABŞ dolları həcmində kredit verdi və kredit borcu növbəti ildə tam şəkildə geri ödənildi.

SOCAR Trading SA şirkətinin çox – milyardlıq kredit xətləri bir sıra nüfuzlu beynəlxalq banklar tərəfindən açılmışdır (6 milyard ABŞ dolları). Ümumi qaydada olaraq, ilkin mərhələdə tam ehtiyatlılıq və uyğunluq təhlilləri həyata keçirilmiş və həmin vaxtdan bəri illik əsaslarla  aparılmışdır. Anar Əlizadənin maliyyə dəstəyi olmadan, SOCAR Trading SA şirkəti qlobal maliyyə böhranı zamanı maliyyənin əldə edilməsində daha çox çətinliklərlə üzləşərdi.

2011 – ci ildə cəmi 50 milyon ABŞ dolları divident öz mülkiyyətçilik paylarına uyğun olaraq, səhmdarların arasında paylanmışdır. Bu dividentlər səhmdarlar haqqında müqavilənin müddəti ərzində ödənən yeganə bu cür məbləğ idi və şirkətin yaradılmasından etibarən ümumi məbləği əks etdirirdi. Dividentlərin bölünməsi 2011- ci ildə qeydiyyata alınmış mülkiyyətçilik səhmlərinin strukturunu əks etdirir.

2012-ci ildə beş illik müddət tamam olduğu üçün SOCAR şirkəti SOCAR Trading SA-dakı səhmləri geri ala bilmək üçün səhm alışı müqavilələri imzaladı. Beləliklə, SOCAR Trading SA şirkəti Heritage General Trading FZE-yə 103 milyon, Renfel Holdings-ə isə 30 milyon dollar ödəmək barədə razılığa gəldi, bu rəqəmlər 2012-ci ildə Socar Trading-in səhmlərinin bazardakı artan dəyərini əks etdirir. A.Əlizadə İdarə heyətindəki vəzifəsindən getmək qərarına gəlsə də, V. 2013-cü ilin sonuna qədər şirkətin icraçı direktoru və idarə heyətinin sədri kimi fəaliyyətini davam etdirdi. 2013 – cü ilin sonunda Baş icraçı direktor vəzifəsindən istefa verdikdə,  idarə heyətinin sədri vəzifəsində qaldı və yaxın zamanlarda bu vəzifədən istefa verdi. O yenə də İdarə heyətinin üzvüdür.

Həm Boston Consulting Group, həm də Wood Mackenzie konsaltinq şirkətləri dərc etdirdikləri hesabatlarda bəyan edirlər ki, SOCAR Trading SA-nın yaradılması Azərbaycana xam neftdən 2008-2013-cü illərdə əlavə olaraq 1,7-1,8 milyard dollar gəlir qazandırmış oldu. “böyük dördlüyə” daxil olan beynəlxalq audit şirkətlərindən biri tərəfindən həyata keçirilən müstəqil biznes qiymətləndirməsi   SOCAR Trading SA şirkətinin  hesablanmış adi səhm qiymətinin 30 iyun 2012 – ci il tarixinə (yəni geri alışdan əvvəl) 305 milyon ABŞ dollarından artıq olduğunu 31 dekabr 2013-cü il tarixinə isə 425 milyon ABŞ dollarından artıq olduğunu bildirmişdir. Golovushkin və Anar Əlizadə   kimi özəl şəxslərlə birgə müəssisənin köməyi ilə SOCAR , özünün treydinq təşkilatının uğurla yaradılması üçün tələb olunan ilkin maliyyəni  və ofis yerlərini əldə etdi. SOCAR Trading şirkəti SOCAR -a və Azərbaycana öz neftindən daha çox gəlir əldə etməyə və yenə də treydinq şirkətinə yekun nəzarəti özündə saxlamağa imkan v

erdi. 2008-ci ildə Cenevrədə 10 əməkdaşdan ibarət bir vahid ofisi olan şirkətdən 2012 – ci ildə bütün dünyada 10 ofisi, 160 əməkdaşı olan qlobal treydinq mərkəzlərindən birinə çevrilmişdir.