“SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti

Aşağıda qeyd edilənlərin məqsədi SOCAR Petroleum QSC şirkətinin yaradılmasına və onun A.P. International şirkəti ilə əlaqəsinə aydınlıq gətirməkdir.

SOCAR Petroleum CJSC 2008-ci ildə SOCAR və A.P.International arasında olan sazişə əsasən birgə müəssisə kimi yaradılıb. SOCAR Petroleum şirkətinin yaradılma məqsədi Azərbaycanda neft məhsullarının alqı-satqısının yanacaqdoldurma stansiyaları vasitəsilə idarə edilməsindən ibarət idi. SOCAR Petroleum CJSC birgə müəssisəsinin səhmdarları qismində səhmlərin 51%-nə nəzarət edən SOCAR və 49% səhm payına sahib olan  A.P. International çıxış edirdi.

A.P. International Anar Əlizadənin əsas şirkətlərindən biri olan Union Grand Energy-nin törəmə şirkəti idi. A.P. International SOCAR tərəfindən SOCAR Petroleum CJSC birgə müəssisəsində tərəfdaş qismində çıxış etmək üçün dəvət olundu. A.P. International terminalların, yanacaqdoldurma stansiyalarının və digər bina və tikililərin inşası üçün münasib olan torpağın və əmlak vəsaitlərinin sərmayədarı kimi çıxış edirdi. Bundan əlavə, A.Əlizadə ilə birgə əməkdaşlıq təcrübəsindən qalan ənənəyə uyğun olaraq, bu layihəyə də sərmayəni əminliklə yatırdı.

Səhm kapitalı ilə yanaşı, hər iki səhmdar birgə müəssisəyə on milyonlarla investisiya vəsaiti yatırdılar. A.P. International həmçinin birgə müəssisəyə terminalların transfer olunması və yanacaqdoldurma stansiyaları şəbəkəsinin inşası üçün tələb olunan münasib torpaq sahələrinin müəyyənləşdirilməsi və alqı-satqısı işinə də öz töhfəsini vermiş oldu.

SOCAR Petroelumin fəaliyyətinə neft məhsullarının saxlanması, tədarükü və Azərbaycan bazarında satışa çıxarılması daxildir. SOCAR Petroleum-un Bakı şəhərində və Azərbaycanın bölgələrində 23 benzinsaxlama deposu və 17 yanacaqdoldurma stansiyası mövcuddur. SOCAR Petroelum şirkətinin yanacaqsaxlama depoları Bakıda və Azərbaycanın digər regionlarında fəaliyyət göstərir. Yanacaqdoldurma stansiyaları seqmentinə 18 stansiya daxildir ki, onların da 11-i Bakı şəhərində, 6-sı isə bölgələrdə yerləşir. Benzin depolarına 11 fəaliyyətdə olan neft bazası daxildir: onlardan biri Bakıda yerləşir, digər 10-u isə Azərbaycanın bölgələrindədir. Benzin depoları öz neft məhsullarını birbaşa olaraq Bakıdakı neft emalı zavodundan boru xətti vasitəsilə alır. Lakin bölgələrdə yerləşən depolar üçün neft məhsulları dəmiryolu vasitəsilə tədarük olunur və hər ton üçün tədarük haqqı hesablanır. Şirkət neft istehlakçılarını satış qiymətlərinin tənzimlənməsinə görə iki qrupa ayırır: yanacaqdoldurma stansiyalarından satış və birbaşa pərakəndə satış (bir qayda olaraq, korporativ müştərilər üçün). Yanacaqdoldurma seqmenti 2010-cu ildə işə salınıb. Neft məhsulları benzin depolarından yanacaqdoldurma stansiyalarına şirkətə məxsus olan yük maşınlarında çatdırılır. Məhsul çeşidlərinə əsas neft məhsulları (Aİ-92, Aİ-95, Aİ-98 və dizel yanacağı), eləcə də təbii qazın məhdud miqdarda satışı daxildir. Aİ-92 məhsulunun satış bazarı çox genişdir. Şirkət SOCAR-ın istehsal etdiyi neft məhsullarını dövlət tərəfindən tənzimlənən qiymətlərdə əldə edir – bu satış seqmenti Azərbaycanda istər yanacaqdoldurma stansiyalarından tədarük, istərsə də korporativ satış tədarükü ilə məşğul olan pərakəndə satıcılara açıqdır. Yanacaqdoldurma stansiyaları benzinin satışı ilə yanaşı istehlakçılara mini-market, kafe, avtotəmir və avtoyuma xidmətləri də təklif edir.

2013-cü ildə SOCAR Anar Əlizadənin A.P.International şirkətini 47 milyon ABŞ dollarına satışa çıxarması nəticəsində SOCAR Petroleum QSC birgə müəssisəsinin səhmlərinin 49%-lik payını A.Əlizadədən satın aldı, sözügedən satış məbləği Union Grand Energy-nin birgə müəssisəyə yatırdığı sərmayənin dəyəridir. 2013-cü ildən etibarən SOCAR şirkəti SOCAR Petroleum QSC-nin tam sahibi oldu.

A.Əlizadə və A.P. International-ın mövcudluğu SOCAR Petroleum QSC-nin yaradılması üçün mühüm amillər idi. SOCAR şirkətinin maliyyə vəsaitini özü təmin edə bilmədiyi vaxtlarda A.P. İnternational şirkətinin əsaslı maliyyə və infrastruktur yardımı çox böyük əhəmiyyətə malik idi. İndi isə SOCAR özü tam şəkildə SOCAR Petroleum QSC-nin tam sahibidir və neft məhsullarının ölkənin17 yanacaqdoldurma stansiyaları vasitəsilə alqı-satqısının həyata keçirilməsini müstəqil şəkildə icra etməyə qabildir.

SOCAR Petroleum-un biznes fəaliyyətinin “Big Four” konsaltinq şirkəti tərəfindən 31 dekabr 2013-cü il tarixinə olan qiymətləndirilməsini əks etdirən hesabatda da göstərildiyi kimi, SOCAR-ın SOCAR Petroleum  şirkətindəki 51%-lik səhm nəzarəti fəaliyyətinin  dəyəri 95 milyon ABŞ dollarından çoxdur. Bu qiymətləndirməyə əsasən onu demək olar ki, SOCAR şirkətinin səmərəli market straregiyası sayəsində A.Əlizadənin SOCAR Petroleum-dakı səhmlərinin qiyməti onların ilkin dəyərinin iki qatı qədər yüksələ bilib.