SOCAR logo

Bu səhifə SOCAR şirkətinin biznes fəaliyyəti barədə dolğun məlumatın oxuculara çatdırılması və Global Witness təşkilatının 9 dekabr 2013-cü ildə dərc etdiyi Anonim Azərbaycan adlı Hesabatında irəli sürülən məsələlərə aydınlıq gətirilmək məqsədilə SOCAR şirkətlər Qrupu tərəfindən yaradılan veb-saytdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dünyanın ən iri neft şirkətlərindən biridir. Şirkət Azərbaycan ərazisindəki neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğuldur. Şirkətin missiyası Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.

Ümid edirik ki, bu məlumatlar geniş ictimaiyyət üçün maraqlı olacaq. Saytda dərc olunan informasiya SOCAR şirkətinin Azərbaycandakı və ölkədən kənardakı biznes fəaliyyəti ilə bağlı irəli sürülən hər hansı şübhəli və qarışıq iddiaları aradan qaldırmaq məqsədi daşıyır.

Əlavə suallarınız və şərhləriniz üçün buraya daxil ola bilərsiniz.